Azərbaycan Gürcüstandakı azərbaycandilli məktəblərə 22 mindən çox dərslik göndərib

Elm və Təhsil Nazirliyi Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəbləri üçün 2026-2027-ci tədris ilinə nəzərdə tutulan dərslikləri qarşı tərəfə təqdim edib.

Az.shafaqna.com gürcü mediasına istinadən xəbər verir ki, ümumilikdə 18 adda 22 050 nüsxə dərslik Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinə təhvil verilib.

Göndərilən dərsliklər I-XI sinif şagirdləri üçün “Azərbaycan dili” və “Ədəbiyyat” fənlərini əhatə edir.

Dərs vəsaitlərinin yeni tədris ili başlamazdan əvvəl Gürcüstandakı azərbaycandilli məktəblərə paylanılması planlaşdırılır.

Bu məqaləni paylaş