Azərbaycan Gürcüstan iqtisadiyyatına nə qədər yatırım edib?

2026-cı ilin ilk altı ayında Azərbaycanın Gürcüstan iqtisadiyyatına yönəltdiyi investisiyaların ümumi həcmi 45,3 milyon ABŞ dollarına çatıb.

Az.shafaqna.com xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında qeyd olunub.

Məlumata əsasən, Azərbaycan ilin ilk rübündə Gürcüstana 21 milyon dollar, ikinci rübdə isə 24,3 milyon dollar sərmayə yatırıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın Gürcüstana investisiyalarında 22,5% azalma qeydə alınıb.

Azərbaycan ikinci rübdə Gürcüstana ən çox investisiya yatıran ölkələr arasında yeddinci pillədə qərarlaşıb.

Ümumilikdə hesabat dövründə Gürcüstan iqtisadiyyatına 468,8 milyon dollar xarici sərmayə cəlb olunub. Bu göstərici illik müqayisədə 23,2% aşağıdır.

Gürcüstanın əsas investorları sırasında Çin 219,5 milyon dollarla birinci, Böyük Britaniya 123,5 milyon dollarla ikinci, Birləşmiş Ərəb Əmirlikləri isə 47,7 milyon dollarla üçüncü olub.

Bu məqaləni paylaş