Hindistanın şimalındakı Uttar-Pradeş ştatında, ixrac üçün istehsal olunan məhsullar istisna olmaqla, halal qida məhsullarının istehsalı, saxlanması, yayılması və satışına qadağa qoyulub.
Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, bu qərar “hindutva” (induist millətçiliyi) ideologiyasını müdafiə edən ifrat sağçıların rəhbərlik etdiyi ştat hökuməti tərəfindən qəbul edilib.
Ştat rəhbərliyinin sözlərinə görə, “halal” etiketi “islami təbliğatdır”.
Qeyd edək ki, Uttar-Pradeş ştatının baş naziri, hindu rahibi Yoqi Adityanas ən ifrat islamofob bəyanatları ilə tanınır. Məsələn, o belə bildirib: “Əgər bizə imkan versələr, hər məsciddə Qauri, Qaneşa və Nandi ilahələrinin heykəllərini (bütlərini) ucaldacağıq”.
2020-ci ildə isə müsəlman qadınların keçirdiyi dinc etirazlar zamanı isə o deyib: “Əgər onlar bizi başa düşməsələr, güllələrimizi başa düşəcəklər”.