Gürcüstan daha 61 nəfəri ölkədən ömürlük xaric etdi

Gürcüstan 61 xarici vətəndaşı ölkədən deportasiya edib.

Az.shafaqna.com xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, deportasiya edilən şəxslər Hindistan, Misir, Türkiyə, Kuba, Azərbaycan, Türkmənistan, Rusiya, Nigeriya, Ermənistan, Belarus, Özbəkistan, Burundi, Efiopiya və Pakistan vətəndaşlarıdır.

Ölkədən çıxarılan şəxslərin Gürcüstana yenidən daxil olmasına qanunvericiliyə uyğun olaraq qadağa qoyulub.

DİN qeyd edib ki, ilin əvvəlindən Miqrasiya Departamentinin əməkdaşları tərəfindən Gürcüstandan ümumilikdə 3 minə yaxın xarici vətəndaş deportasiya olunub. Bu rəqəm ötən il ərzində qeydə alınan ümumi göstəricidən əhəmiyyətli dərəcədə yüksəkdir.

Bu məqaləni paylaş