Bakının bəzi ərazilərində qaz təchizatında fasilə olacaq

Az.shafaqna.com-un verdiyi xəbərə görə, bu gün Bakının bəzi ərazilərində qaz olmayacaq.

Bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Belə ki, “Qaz İxrac” İdarəsinə məxsus yüksəktəzyiqli magistral qaz kəmərində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar saat 10:00-dan işlər başa çatanadək Sabunçu və Suraxanı rayonlarının bir hissəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Bu məqaləni paylaş