Az.shafaqna.com-un verdiyi xəbərə görə, Azərbaycan Ukraynanın Kiyev bölgəsinə çəkisi 36 tondan çox olan enerji avadanlığı verib.
Bu barədə Ukrayna Energetika Nazirliyi məlumat verib.
Azərbaycan tərəfindən təmin edilən avadanlıq Energetika Nazirliyinin mərkəzi anbarlarından Kiyev bölgəsindəki vacib infrastruktur obyektlərinə köçürülüb. Bu avadanlığın enerji infrastrukturu obyektlərində təmir işlərinin sürətləndirilməsinə kömək edəcəyi bildirilib.
“Ukraynanın enerji sektoruna göstərdiyiniz dəstəyə görə təşəkkür edirik, Azərbaycan!”, – deyə məlumatda vurğulanıb.

Bu məqaləni paylaş