Şimali Koreyada ABŞ-a sərt xəbərdarlıq

Vaşinqton tərəfindən gərginliyin artırılması halında Pxenyan qarşılıqlı və eynidərəcəli tədbirlər görəcək.

Az.shafaqna.com xəbər verir ki, Şimali Koreyanın müdafiə naziri Kim Son Gi bu barədə ABŞ-a xəbərdarlıq edib.

KXDR Müdafiə Nazirliyinin rəhbəri Kim Son Gi qarşıdurma halında ABŞ-ı güclü və qarşılıqlı tədbirlərlə hədələyib.

O deyib ki, Pxenyan qarşıdurmaya “güclü və qarşılıqlı əks tədbirlərlə” cavab vermək niyyətindədir.

Cənubi Koreya, ABŞ və Yaponiyanın hərbi təlimlərindən danışan nazir vurğulayıb: “Koreya yarımadasında narahatedici hərbi qarşıdurma və toqquşma ehtimalı yaradan ABŞ və onun əlaltılarının düşünülməmiş hərbi hiylələrinə qarşı xəbərdarlıq edirəm…”

Bu məqaləni paylaş