Səudiyyə Ərəbistanının Yəmənin Əl-Cövf bölgəsinə hərbi təcavüzü cavabsız qalmayacaq.
Az.shafaqna.com xəbər verir ki, bu barədə Yəmən Silahlı Qüvvələrinin (“Ənsarullah” hərəkatı, husilər) rəsmisi general Yəhya Sərii bəyan edib.
O, Səudiyyə Ərəbistanının davam edən hücumlarına sərt cavab verəcəklərini bildirərək qeyd edib: “Düşmən Səudiyyə Yəmən xalqına qarşı törətdiyi cinayətlərin bədəlini ödəyəcək”.
General Sərii Səudiyyə Ərəbistanının Yəmənə qarşı tətbiq etdiyi blokadanın davam etdiyini və son olaraq Əl-Cövf bölgəsində hava hücumları həyata keçirməklə yeni cinayət törətdiyini bildirib.
Səudiyyə düşməninin casus uçuşlarının və muzdluları silahlandırmasının da təxribat xarakterli fəaliyyətlərin bir hissəsi olduğunu qeyd edən Seri deyib: “Yəmənə qarşı hücumlar cavabsız və qarşılıqsız qalmayacaq. Səudiyyə düşməni Yəmən xalqına qarşı törətdiyi cinayətlərin nəticələrinə qatlanmaq məcburiyyətində qalacaq”.