
Az.shafaqna.com “Lenta”-ya istinadən xəbər verir ki, Yaponiyanın Hirosima prefekturasında yaşlı qadına ona hücum edən Himalay ayısına müqavimət göstərərək onu qaçmağa məcbur edə bilib.
Hadisə 82 yaşlı Rumiko Sasaki və onun həyat yoldaşı bostanda işləyərkən baş verib. Ayı gözə çarpmadan onlara yaxınlaşa bilib. Yaşlı nənə onu görəndə ayağa qalxıb və elə bu zaman ayı dərhal hücum keçib.
Rumikonun sözlərinə görə, ayıya zərbə endirərək onu geri oturdub, bundan sonra ayı qaçmağa başlayıb.
Nənə üzündən cırmaqlarla canını qurtara bilib.
Qeyd edək ki, sözügedən növ ayılarının erkəklərinin uzunluğu 150-170 kq, çəkisi isə 120-140 kq olur.






























