Bu cins atları saxlayanlara hər il 600-1000 AZN veriləcək

Milli at cinslərinin qorunması və sayının artırılması məqsədilə qeydiyyata alınmış “Qarabağ” və “Dilbaz” atlarına illik heyvan subsidiyası tətbiq ediləcək.

Az.shafaqna.com xəbər verir ki, bu, Aqrar Subsidiya Şurasının təsdiqlədiyi yeni dövlət dəstəyi mexanizmlərində əksini tapıb.

Bildirilib ki, 2 yaşadək dayçalara 600 manat/baş, 2 yaşdan yuxarı damazlıq dişi atlara 800 manat/baş, damazlıq ayğırlara isə 1000 manat/baş illik subsidiya veriləcək. Heyvanların EKTİS-də qeydiyyatı, elektron çiplənməsi və valideyn mənsubiyyətinin DNT testi ilə təsdiqi subsidiya üçün əsas şərtlərdən olacaq.

Bu məqaləni paylaş