Norveçin hərbi potensialını gücləndirməsi Rusiya tərəfindən təhdid kimi qiymətləndirilə bilər.
Az.shafaqna.com xəbər verir ki, bunu Kremlin rəsmisi Dmitri Peskov ABŞ istehsalı olan raket sistemlərinin Norveçdə yerləşdirilməsi ilə bağlı suala cavabında deyib.
Peskovun sözlərinə görə, Norveçin hərbi quruculuğu Rusiyanı əlavə təhlükəsizlik tədbirləri görməyə vadar edir.
Qeyd edək ki, Norveç Rusiya sərhədinə yaxın ərazidə dörd K9 özüyeriyən haubitsadan ibarət artilleriya batalyonu yerləşdirib. Moskva bu addımı NATO-nun sabitliyi pozan hərəkətlərindən biri kimi qiymətləndirib.
Rusiya tərəfi hesab edir ki, bu cür addımlar NATO-nun Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək imkanlarını artırmaq və regiondakı dəniz nəqliyyat xətləri üzərində nəzarəti gücləndirmək niyyətini göstərir.