Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətdə dəyişikliklərin ediləcəyi və onun istefa verəcəyi ilə bağlı yayılan məlumatları təkzib edib.
Az.shafaqna.com xəbər verir ki, Kobaxidze jurnalistlərə açıqlamasında istefası ilə bağlı sualların ona mütəmadi olaraq, təxminən hər üç aydan bir ünvanlandığını bildirib.
Hökumət başçısı eyni sualla üç aydan sonra yenidən qarşılaşacağını gözlədiyini deyib.
Kobaxidze Acarıstan Muxtar Respublikasının hökumət rəhbəri Zurab Pataradzenin onun yerinə Baş nazir təyin olunacağı barədə məlumatları da böhtan kimi qiymətləndirib.
Qeyd edək ki, Gürcüstanın bəzi müxalifətyönlü media qurumları hökumətdə dəyişikliklərin aparılacağı barədə məlumatlar yayıb. Hakim komandanın nümayəndələri isə hökumətdə dəyişikliklərlə bağlı hər hansı planın və ya təşəbbüsün olmadığını açıqlayıblar.