Paşinyan və Putin Moskvada nələri müzakirə edəcəklər?

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin dəvəti əsasında yaxın vaxtlarda Moskvaya səfər edəcək.

Az.shafaqna.com xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov açıqlayıb.

Peskovun sözlərinə əsasən, səfərin dəqiq tarixi tərəflər arasında razılaşdırılacaq.

O bildirib ki, Moskvada keçiriləcək görüşdə Putin və Paşinyan Rusiya ilə Ermənistan arasındakı münasibətləri, o cümlədən Ermənistanın Avropa İttifaqı və ya Avrasiya İqtisadi İttifaqı istiqamətindəki mövqeyini müzakirə edəcəklər.

Kremlin nümayəndəsi əlavə edib ki, Bişkekdə Putin və Paşinyan arasında baş tutan mühüm görüşdən sonra Rusiya və Ermənistanın müvafiq qurumları ticarət sahəsində əməkdaşlıqla bağlı işləri davam etdirəcəklər.

Bu məqaləni paylaş