Rusiya prezidenti Vladimir Putin sentyabrın 7-də Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.
Az.shafaqna.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti xəbər yayıb.
Bildirilib ki, telefon danışığı zamanı prezidentlər iqtisadi-ticari və humanitar əməkdaşlığın bir sıra aktual məsələlərini müzakirə ediblər.
İkitərəfli əlaqələrin müxtəlif səviyyələrdə intensivləşdirilməsi barədə razılıq əldə olunub.
Bu məqaləni paylaş