Az.shafaqna.com xəbər verir ki, İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai Hörmüz boğazını qanunsuz keçən gəmilərin nə üçün batırılmadığını açıqlayıb.
O, Hörmüz boğazının tam şəkildə İranın hərbi nəzarətində olduğunu, ABŞ prezidenti Donald Trampın bu su hövzəsinin gəmiçilik üçün açıq olmasına dair iddialarının isə tamamilə yalan olduğunu qeyd edib.
Rzai Tehrandan icazə almadan və ya gizli şəkildə Hörmüz boğazını keçməyə cəhd edən gəmilərə qarşı tədbirlərin götürüldüyünü, onların vurulduğunu bildirib. Lakin, o əlavə edib, Tehran hələ ki, gəmilərin vurulsa da, batırılması ilə bağlı qərarın qəbul etməyib, səbəb isə neft yüklü gəmilərin batırılacağı təqdirdə bölgənin ətraf mühitinə ağır zərər vuracağı göstərilib.
Bu məqaləni paylaş