İsrailin Livanın cənubuna zərbələri: Dörd nəfər həyatını itirib

Az.shafaqna.com-un verdiyi xəbərə görə, İsrailin Livanın cənubundakı yaşayış məntəqələrinə aviazərbələri nəticəsində dörd nəfər ölüb, 20 nəfər yaralanıb.

Bu barədə Livan Səhiyyə Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunub ki, zərbələr İsrail ordusu tərəfindən ölkənin cənubundakı Nəbatiyə rayonu, Ərəb-Səlim və Ruman kəndlərinə endirilib. İsrailin hücumları nəticəsində həmçinin Nəbatiyə əl-Faukadakı Qandur xəstəxanası da dağıdılıb.

 

Bu məqaləni paylaş