“Güclü ümid – Sağlam gələcək” adlı tədbir keçirildi – ▶️

Az.shafaqna.com xəbər verir ki, 4 Sentyabr – Ümumdünya Leykemiya (Qan Xərçəngi) ilə Mübarizə Günü münasibətilə “EMEDIA GROUP” Media Təşkilatının təşkilatçılığı ilə “GÜCLÜ ÜMİD – SAĞLAM GƏLƏCƏK” layihəsi çərçivəsində maarifləndirici konfrans keçirilib.

Konfransın əsas məqsədi leykemiya ilə bağlı ictimai məlumatlılığın artırılması, erkən diaqnostika və vaxtında müalicənin əhəmiyyətinin diqqətə çatdırılması, xəstəliklə mübarizə aparan şəxslərə və onların ailələrinə mənəvi dəstəyin gücləndirilməsi, eləcə də bu istiqamətdə dövlət, səhiyyə, ictimaiyyət və medianın birgə fəaliyyətinin təşviqidir.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Milli Məclisin deputatları, dövlət qurumlarının nümayəndələri, həkim və səhiyyə mütəxəssisləri, qeyri-hökumət təşkilatlarının və medianın təmsilçiləri, leykemiya ilə mübarizə aparan uşaqların valideynləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Hazırladığımız videoreportajı təqdim edirik:

Bu məqaləni paylaş