Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Macarıstanın paytaxtı Budapeştdə rəsmi səfərə olub. Burada o ilk olaraq Gül baba türbəsini ziyarət edib.
Az.shafaqna.com Türkiyə mediasına istinadən xəbər verir ki, türbə təəssüratını Çavuşoğlu “twitter” hesabından bu sözlərlə bildirib: “İnsan sevgisi, birlikdə yaşama mədəniyyəti və başqalarına hörmət. Bax, budur Gül babanın hekayəsi. Gül baba türbəsi Macarıstanla dostluğumuzun və ortaq tariximizin ən gözəl nişanəsidir. Ruhu şad olsun.”
Qeyd edək ki, Gül baba 2 sentyabr 1541-ci ildə Sultan Süleyman Qanuninin Budin səfəri zamanı vəfat edib.
Türkiyə-Macarıstan dostluğunun simvolu hesab edilən “Budinin mənəvi gözətçisi” – Gül baba türbəsi 1543-1548-ci illərdə paytaxt Budapeştin Gül təpəsi (Rozsadomb) bölgəsində yerləşir.
📌İnsan sevgisi,
📌Birlikte yaşama kültürü ve
📌Ötekine saygı.
İşte Gül Baba’nın hikayesi!Gül Baba Türbesi #Macaristan’la dostluğumuzun ve ortak tarihimizin en güzel nişanesi!
Ruhu şâd olsun. pic.twitter.com/aVWHMDfgFh
— Mevlüt Çavuşoğlu (@MevlutCavusoglu) February 24, 2021