“İran dünyanın bütün hərbi texnika və texnologiyalarının qarşısında dayandı”

İslam Respublikası dünyanın bütün hərbi texnika və texnologiyalarına malik olan düşmənib qarşısında dayanıb.

Az.shafaqna.com IRNA-ya istinadən xəbər verir ki, bu barədə İran Ordusunun Baş Qərargah rəisi və əlaqələndirici müavini kontr-admiral Həbibullah Səyyari bəyan edib

O, düşmənlərin öz məqsədlərinə nail ola bilməməsini İran İslam Respublikası üçün uğur adlandıraraq vurğulayıb:

“Biz son müharibələrdə uğurlu fəaliyyət göstərmişik. Bunun səbəbi də düşmənin əvvəlcədən müəyyən etdiyi məqsədlərə nail ola bilməməsidir. 8 illik Müqəddəs Müdafiə dövründə də eyni hadisə baş verdi. Həmin vaxt düşmən bir gün ərzində Xürrəmşəhri ələ keçirəcəyini və 7 gün ərzində Tehranın Azadlıq meydanına çatacağını elan etmişdi, lakin Xürrəmşəhərdə 34 gün ilişib qaldı. Bu, düşmənin bütün strategiyalarının məğlubiyyətə uğraması demək idi”.

Admiral Səyyari bildirib ki, “bugünkü müharibə iradələrin və çətinliklərə dözməyin müharibəsidir və biz bu sahədə çox uğurlu fəaliyyət göstərmişik“.

“Biz özümüzlə fəxr etməli və bilməliyik ki, bu gün qarşımızda dünyanın bütün hərbi texnika və texnologiyalarına malik olan bir düşmən dayanıb. Belə bir düşmən qarşısında dayandığımız üçün başımızı dik tutmalıyıq“, – deyə o vurğulayıb.

Bu məqaləni paylaş