Gürcüstanın xarici ticarət dövriyyəsi artıb

Gürcüstanın xarici ticarət dövriyyəsi bu ilin ilk yarısında 12 milyard 925 milyon dollara çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz artım deməkdir.

Az.shafaqna.com xəbər verir ki, bu barədə Gürcüstan maliyyə nazirinin müavini Giorgi Kakauridze parlamentdə 2026-cı il dövlət büdcəsinin 6 aylıq icrasına dair hesabatı təqdim edərkən məlumat verib.

Onun sözlərinə görə, hesabat dövründə xarici ticarətin 3 milyard 876 milyon dollarını ixrac, 9 milyard 49 milyon dollarını isə idxal təşkil edib.

Bu məqaləni paylaş