SEPAH ABŞ gəmilərinə raket zərbələri endirdiyini bəyan edib

Az.shafaqna.com xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus bir təyyarədaşıyan gəmi və bir esminetsin ballistik raketlərlə hədəf alındığını bildirib.

SEPAH-ın İctimaiyyətlə Əlaqələr Şöbəsinin yayımladığı bəyanatda qeyd olunur ki, sözügedən hərbi gəmilər İran gəmilərinə qarşı tətbiq edilən dəniz blokadasında iştirak etdikləri üçün SEPAH-ın Hava-Kosmik Qüvvələri tərəfindən vurulub. Qurumun iddiasına görə, xəsarət alan gəmilər təkrar zərbə təhlükəsi səbəbindən ərazini tərk edib.

Bəyanatda, həmçinin ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) əməliyyatla bağlı məlumatı təsdiqlədiyi iddia olunur və hərbi əməliyyatların davam edəcəyi təqdirdə cavab tədbirlərinin daha sərt olacağı vurğulanır.

Hörmüz boğazında insident

Digər tərəfdən, SEPAH-ın Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının mühafizə olunan zonasına daxil olmağa cəhd edən ABŞ-yə məxsus məsafədən idarə olunan dəniz aparatının hədəf alındığını bəyan edib. Qurum Hörmüz boğazının strateji su yolu olduğunu və ərazidə hər hansı müdaxiləyə qarşı tədbirlərin davam etdiriləcəyini bildirib.

Bu məqaləni paylaş