Az.shafaqna.com xəbər verir ki, Çinin cənub-şərqindəki Szyansi əyalətində torpaq sürüşməsi baş verib.
Təbii fəlakət nəticəsində azı bir nəfər həyatını itirib, 11 nəfər isə itkin düşüb.
Hadisə Tszyan şəhər dairəsində qeydə alınıb. Torpaq sürüşməsi nəticəsində səkkiz yaşayış evi tamamilə dağılıb, daha dörd evə isə qismən ziyan dəyib.
Fəlakətdən dərhal sonra xilasedicilər hadisə yerinə cəlb olunub. Onlar iki nəfəri dağıntılar altından xilas edə biliblər. Hazırda itkin düşən şəxslərin axtarışı və digər xilasetmə işləri davam etdirilir.
Qeyd edək ki, bundan əvvəl bölgə “Saudel” tayfununun təsiri altında qalıb. Bunun ardınca ərazidə uzunmüddətli və güclü leysan yağışları yağıb.
Bu məqaləni paylaş