Britaniya naziri: İrana qarşı müharibə qlobal iqtisadiyyata çətinliklər yaradır

ABŞ və İsrail tərəfindən İrana qarşı başladılmış müharibə dünya iqtisadiyyatı üçün çətinlklər yaradır.

Az.shafaqna.com xəbər verir ki, bunu Britaniyanın maliyyə naziri Con Hilli etiraf edib.

O deyib ki, sözügedən müharibə həmçinin Birləşmiş Krallıq üçün iqtisadi problemlərə səbəb olur.

Hilli bu çətinlikləri “misli görünməmiş” kimi qiymətləndirib.

O, bu müharibəninn qlobal miqyasda inflyasiya nisbətlərinə, iqtisadi artım nisbətlərinə və borclanma xərclərinə birbaşa mənfi təsirinin olduğunu qeyd edib.

Bu məqaləni paylaş