Niger Fransanı üsyan cəhdini qızışdırmaqda ittiham edib

Az.shafaqna.com xəbər verir ki, Niger hakimiyyəti avqustun sonunda ölkədə baş vermiş çevriliş cəhdinin arxasında Fransanın dayandığını iddia edib.

Qeyd edilib ki. üsyan cəhdi Fransa prezidenti Emmanuel Makronun rəhbərliyi altında fəaliyyət göstərən geniş şəbəkə tərəfindən təşkil olunub.

Xatırladaq ki, avqustun 29-da bir qrup hərbçi paytaxt Niameydə hava limanını, hərbi bazanı, prezident sarayını və televiziya binasını ələ keçirməyə cəhd göstərib. Niger hakimiyyəti daha sonra üsyan cəhdinin qarşısının alındığını və əsas strateji obyektlərə nəzarətin yenidən təmin edildiyini açıqlayıb.

Bu məqaləni paylaş