İran süni intellektli PUA-larla ABŞ bazalarına zərbələr endirib

İran ABŞ-nin Yaxın Şərqdə yerləşən hərbi bazalarına qarşı həyata keçirdiyi cavab hava əməliyyatlarında süni intellekt texnologiyası ilə təchiz olunmuş pilotsuz uçuş aparatlarından (PUA) istifadə edib.

Az.shafaqna.com xəbər verir ki, bu barədə İran İslam Respublikası Ordusunun nümayəndəsi Məhəmməd Əkrəminiya məlumat verib.

O bildirib ki, son əməliyyatlar zamanı düşmən mövqelərinə qarşı “Fəth” sinifli “yer-yer” raketləri ilə yanaşı, süni intellekt sistemləri ilə təchiz edilmiş “Araş-2” pilotsuz uçuş aparatlarından da istifadə olunub.

Əkrəminiyanın sözlərinə görə, İran Silahlı Qüvvələri cavab zərbələrini “birləşdirilmiş və asimmetrik şəkildə” həyata keçirir ki, bu da hədəflərin daha dəqiq vurulmasına imkan yaradır.

Bu məqaləni paylaş