Bakıda Tacikistanın dövlət müstəqilliyinin 35-ci ildönümü qeyd olunub

Az.shafaqna.com-un verdiyi xəbərə görə, sentyabrın 4-də Bakıda Tacikistanın Dövlət Müstəqilliyinin 35-ci ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilib.

Məlumata əsasən, Tacikistanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə keçirilən tədbirdə dövlət və hökumət nümayəndələri, diplomatik nümayəndəliklərin rəhbərləri, deputatlar, ölkənin biznes, elm və mədəniyyət dairələrinin təmsilçiləri, habelə jurnalistlər iştirak ediblər.

Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahmon müstəqillik illərində ölkəsinin siyasi, sosial-iqtisadi və mədəni sahələrdə əldə etdiyi mühüm nailiyyətlərdən bəhs edib.

Təbrik çıxışında Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Tacikistan və Azərbaycan arasında mövcud olan ikitərəfli əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirib, dövlətlərarası dostluq münasibətlərinin və strateji tərəfdaşlığın gələcəkdə daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Tədbir çərçivəsində qonaqlara tacik xalq mahnıları və rəqslərindən ibarət zəngin konsert proqramı təqdim olunub. Eyni zamanda, tədbir zamanı milli sənətkarlıq nümunələrinin təqdim olunduğu sərgi təşkil edilib. Sərgidə milli geyimlər, Tacikistanın ənənəvi tikmələri – çakan, suzani, popuri, habelə tacik ustalarının əl işləri nümayiş etdirilib.

Bu məqaləni paylaş