
Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, bu gün Qardabani rayonunun iki kəndində – Qaracalar və Qaratəhlədə genişmiqyaslı COVID-19 testi başlayıb.
Epidemioloqlardan ibarət 6 dəstə səhərdən tam hazır vəziyyətə gətirilib. Onlar artıq Qaracalar kəndinin müxtəlif yerlərində yerləşiblər.
Bu gün PCR texnologiyası ilə 700-dək şəxs test ediləcək.
Qardabanidə cəmi 23 yoluxma halı qeydə alınıb. Onlardan da 14-ü Qaracalarda qeydə alınıb. 3 nəfərin yoluxma mənbəyi məlum deyil. Təxminən 60 nəfər karantinə yerləşdirilib.






























