FT: Rusiya İrana supersonik raketlərin istehsalında dəstək verir

Az.shafaqna.com xəbər verir ki, “Financial Times” qəzetinin sızdırılmış yazışmalar, səyahət qeydləri və patent araşdırmalarına əsaslanan xəbərinə görə, Rusiya məxfi bir proqram vasitəsilə İranın supersonik qanadlı raketlər hazırlamasına dəstək verir.

İki ölkə arasında ən əhatəli hərbi texnologiya transferlərindən biri kimi qiymətləndirilən və “C430L” kod adını daşıyan layihənin 2023-cü ildə başladığı, ABŞ və İsrailin İranla yaşadığı münaqişə müddətində də davam etdiyi bildirilib.

Proqramın əsas məqsədinin raketlərin səs sürətini dəfələrlə üstələməsini təmin edən “ramjet” mühərrik sisteminin inkişafında Tehrana kömək etmək olduğu qeyd olunub.

Səs sürətindən yüksək sürəti aşağı hündürlükdə uçuş qabiliyyəti ilə birləşdirən bu texnologiya hava hücumundan müdafiə sistemlərinin raketləri aşkar etmə və zərərsizləşdirmə vaxtını azaldaraq Fars körfəzi zolağında Tehrana üstünlük qazandırır.

İranın “ramjet” sistemini quraraq uçuş sınaqları keçirdiyi, lakin hazırlanan raketlərin döyüş meydanına yerləşdirildiyinə dair hələlik fakta söykənən sübutun olmadığı bildirilib.

Prosesin Rusiyanın dövlət silah ixracatı şirkəti “Rosoboronexport”un əlaqələndirməsi ilə ABŞ-nin 2014-cü ildə sanksiya siyahısına saldığı “NPO Mashinostroyenia” şirkəti tərəfindən həyata keçirildiyi vurğulanıb.

Sənədlər 2023-cü ilin noyabrında İran Müdafiə Nazirliyi ilə bağlanan müqavilədən əvvəl rusiyalı yüksəkrütbəli raket mühəndisləri və rəsmilərinin dəfələrlə İrana səfər etdiyini göstərir.

Araşdırılan qeydlərə əsasən, rusiyalı mütəxəssislər İranın keçirdiyi uçuş sınaqlarından əldə edilən telemetriya məlumatlarını təhlil edərək yanacaq sistemi, yanma balansı və hava girişi kimi kritik istiqamətlərdə texniki dəstək göstəriblər.

“Rosoboronexport”un 2025-ci ilin aprelində məsləhətləşmələr üçün Tehrana təxminən 20 nəfərlik nümayəndə heyəti göndərməyi təklif etdiyi, 2026-cı ilə qədər uzanan yazışmalarda tərəflərin layihənin növbəti mərhələlərini müzakirə etməyə davam etdiyi bildirilib.

Ekspertlər Tehranın uzun müddətdir həyata keçirməyə çalışdığı bu transferin Moskvada ən yüksək siyasi səviyyədə təsdiqlənə biləcəyinə diqqət çəkirlər.

Rusiya Prezidenti Vladimir Putinin Qırğızıstanda görüşdüyü İran Prezidenti Məsud Pezeşkiana “bu çətin dövrdə lazımi köməyi və malları təmin etməyə çalışdıqlarını” dediyi bildirilərkən, bu əməkdaşlığın Moskvanın Ukrayna müharibəsinə paralel olaraq ABŞ-ni fərqli cəbhələrə çəkmək cəhdini əks etdirdiyi vurğulanır.

Hipersonik və Supersonik raketlərin müqayisəsi

Müzakirə meyarı Supersonik raket (1 – 5 Max) Hipersonik raket (5+ Max) Supersonik raketin əsas üstünlüyü
Maliyyə və istehsal xərci Aşağı və sərfəli istehsal maya dəyəri Aşırı dərəcədə yüksək və baha başa gələn texnologiya Kütləvi arsenal: Eyni büdcə ilə dəfələrlə çox raket istehsal edib arsenalı zənginləşdirmək mümkündür.
Kütləvi istehsal imkanları Sınaqdan çıxmış, sürətli və kütləvi konveyer istehsalı Mürəkkəb materiallara görə yavaş və məhdud istehsal Davamlı təchizat: Müharibə şəraitində itkiləri tez bərpa etməyə imkan verir.
Rabitə və idarəetmə dəqiqliyi Sabit radio-rabitə və yüksək dəqiqlikli GPS/AOP yönləndirmə Yaranan plazma qatı radio siqnallarını kəsir (plazma korluğu) Yüksək dəqiqlik: Hədəfə yaxınlaşarkən rabitə kəsilmir, hədəfi daha dəqiq tapıb vurur.
Maddi-texniki xidmət və saxlama Adi anbar şəraitində uzun illər istismara yararlı qalır Xüsusi saxlanma, mürəkkəb texniki qulluq tələb edir Asan istismar: Hərbi bazalarda saxlanılması və daşınması daha təhlükəsiz və asandır.
Mühərrik və material etibarlılığı Ramjet və bərk yanacaq mühərrikləri tam formalaşıb Scramjet və termal örtüklərdə hələ də texniki risklər var Minimum risk: Döyüş tapşırığı zamanı mühərrik və ya gövdə nasazlığı riski minimaldır.
Müxtəlif platformalara inteqrasiya Qırıcılar, gəmilər, sualtı qayıqlar və quru sistemləri ilə tam uyğun Böyük ölçülərinə və xüsusi tələblərinə görə platforma seçimi məhduddur Geniş uyğunluq: Demək olar ki, bütün hərbi daşıyıcı platformalara rahat inteqrasiya olunur.
Bu məqaləni paylaş