Az.shafaqna.com xəbər verir ki, Gürcüstana fevral ayının sonunda gəlməsi gözlənilən Pfizer vaksinləri mart ayında gələcək.
Gürcüstanın Səhiyyə nazirinin müavini Tamar Qabunya bildirir ki, səhiyyə işçilərinin peyvəndlənməsi üçün ölkəyə gətirilməsi planlaşdırılan 29250 doza vaksin mart ayının əvvəlində gəlməlidir.
Qabunyanın sözlərinə görə, mart ayının ilk iki həftəsində vaksinlər ölkəyə gətiriləcək.
“Vaksinlərin gətirilməsini fevralın sonunda gözləyirdik, əlavə tələblərə görə, bu vaksinləri alacaq olan bütün ölkələrə vaksinlərin gətirilməsi ertələnib. Biz ümidvarıq ki, mart ayının ilk iki həftəsində artıq vaksinlərin bu dozasını Pfizerdən alacağıq. Düşünürəm ki, gələn həftə bu haqda ətraflı məlumata malik olacağıq.”, -deyə Qabunya bildirib.
AstraZeneca vaksinlərinə gəldikdə isə, Gürcüstan hələ ki, danışıqları davam edir. Məlum olduğu kimi, ÜST bu şirkətin iki Hindistan və Koreya istehsalı olan peyvəndini qeydiyyata alıb. Gürcüstan COVAX platformasının köməyilə bu vaksinlərə də malik ola biləcək. İlkin məlumatlara görə, Gürcüstan AstraZeneca-dan 315 min doza vaksin əldə edəcək.