İraqda xarici hərbçilərin və hərbi məsləhətçilərin mövcudluğu uzadılmayacaq.
Az.shafaqna.com xəbər verir ki, bu barədə İraq hökumətinin rəsmisi Heydər əl-Abudi bildirib.
O, xarici hərbçilərin ölkədəki mövcudluğunun uzadılması ilə bağlı bəzi təkliflərin gündəmə gətirildiyini, lakin Bağdadın bu təkliflərə qarşı çıxdığını açıqlayıb.
Əl-Abudi xarici qüvvələrin, hətta hərbi məsləhətçilərin belə İraq ərazisində qalma müddətinin uzadılmayacağını qeyd edib.
Xatırladaq ki, ABŞ-ın başçılıq etdiyi beynəlxalq qüvvələrin İraqdan çıxarılması üçün isə son tarix sentyabrın 30-dur.
Bu məqaləni paylaş