Gürcüstanda zəlzələ baş verib

Gürcüstanın cənub-qərb bölgəsində 3,4 maqnitudalı zəlzələ baş verib.

Az.shafaqna.com xəbər verir ki, yeraltı təkanlar gecə saat 03:28-də Məmişli kəndinin yaxınlığında qeydə alınıb. Zəlzələnin baş verdiyi ərazi Tsalkadan 20 kilometr, Tbilisidən isə təxminən 60 kilometr məsafədə yerləşir.

Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə olub.

Zəlzələ nəticəsində hər hansı fəsadın qeydə alındığı barədə məlumat yoxdur.

Bu məqaləni paylaş