Az.shafaqna.com xəbər verir ki, Gürcüstanda daha 10 nəfərdə koronavirus aşkarlanıb, 3 nəfər sağalıb.

Bu haqda məlumatı hökümətin koronavirusla bağlı xəbərləri açıqladığı stopcov.ge saytı yayıb.

Məlumata görə, bu günə qədər Gürcüstanda koronavirusa yoluxanların sayı 1049 -a çatıb, onlardan 900 nəfər sağalıb, 16 nəfər ölüb.  Karantin rejimində 5543 vətəndaş, stasionarlarda isə 267 nəfər qalır.