Səudiyyə Ərəbistanında keçirilən INSO 2026 Nüvə Elmləri Olimpiadası çərçivəsində gənc müsəlman alimlər xərçəng müalicəsində radioizotopların istifadəsinə dair yeni layihə təqdim ediblər.
Az.shafaqna.com xəbər verir ki, layihə hədəfli şüa terapiyası üçün xüsusi izotopların hazırlanmasını nəzərdə tutur. Bu üsul sağlam hüceyrələrə zərər vermədən xərçəng hüceyrələrinin məhv edilməsini hədəfləyir.
Tədbirdə çıxış edən mütəxəssislər qeyd ediblər ki, təqdim olunan prototip gələcəkdə daha effektiv və az yan təsirli müalicə metodlarının inkişafına imkan yarada bilər.
Bu məqaləni paylaş