Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstanda koronavirusla mübarizə çərçivəsində tətbiq edilən məhdudiyyətlərin bir hissəsi yumşaldılıb.

Bu barədə Gürcüstan Baş naziri İrakli Qaribaşvili məlumat verib.

Ölkədə ləğv edilən məhdudiyyətlərin tam siyahısını təqdim edirik:

  • 25 fevraldan ölkənin dağ kurortlarındakı bütün mehmanxanalar mövcud epidemioloji norma və tənzimləmələrə müvafiq şəkildə açılacaq;
  • Dağ kurortlarındakı kanat yolları 8 martdan açılacaq, sözügedən norma və tənzimləmələr çərçivəsində;
  • Şəhərlərarası nəqliyyat 25 fevraldan işə başlayacaq;
  • Batumidə 1 martdan, Gürcüstanın digər yerlərində isə 8 martdan qapalı məkanlardakı restoranların fəaliyyəti bərpa ediləcək, həftəsonları istisna olmaqla;
  • Bundan başqa, 21:00-dan 05:00-dək olan hərəkət məhdudiyyəti qüvvədə qalacaq;
  • Restoranlar ciddi şəkildə qapalı məkanlar üçün müəyyən edilmiş məsləhətlər və standartlara əməl etməlidir və müvafiq qurumlar tərəfindən buna nəzarət ediləcək;
  • 1 martdan müvafiq reqlament əsasında konfrans və treninqlərin keçirilməsi bərpa ediləcək;
  • Trenajor zalları reqlamentə müvafiq şəkildə 15 martdan işlərini bərpa edəcək;
  • Həm dövlət, həm də özəl olan məktəbəqədərki təsisatlar 1 martdan fəaliyyətlərini bərpa edəcək, bir şərtlə ki, əməkdaşların 20%-i iki həftədən bir mütləq şəkildə test verməlidir;
  • Ali və peşə məktəbləri 1 martdan kliniki, təcrübi, laborator fəaliyyətlərini bərpa və əyani (distant olmayan) formatda imtahanlar keçirə biləcək, 15 martdan isə dərs prosesi auditoriyalarda bərpa ediləcək;
  • Məktəb dərnəkləri də 15 martdan işə başlayacaq;
  • Müzey və kitabxanalar 1 martdan işlərini bərpa edəcək;
  • Teatrlar, idman klubları, peşakar ansambllar 15 martdan təlim və məşğələlərini bərpa edə biləcək, fəaliyyətin tam bərpası isə (izləyicilərin olduğu səhnələşdirilmiş tamaşa, idman yarışları) 1 apreldən mümkün olacaq;
  • Qeyri-ərzaq mallarının (şənbə və bazar günləri) pərakəndə satışı həm ticarət mərkəzlərindən (mollarda), həm də bazarlarda 8 martdan bərpa ediləcək.
Əvvəlki məqaləAlmaniya məktəblərində yeni fənn: “İslam dərsi”
Növbəti məqalədəYataqxana yanğınında zərər dəymiş bəzi ailələr dövlət hesabına kirayə mənzillə təmin olunacaq