Gürcüstan Azərbaycan vətəndaşlarının ölkəyə giriş şərtlərini sadələşdirdi

Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstan Rusiya, Azərbaycan, Belarus, Ermənistan və Ukrayna vətəndaşları üçün ölkəyə daxil olmaq şərtlərini sadələşdirir.

Bu barədə Gürcüstan Baş naziri İrakli Qaribaşvili məlumat verib.

Daha öncə həmin ölkələrin vətəndaşları yalnız tam vaksinasiya edildiklərinə dair sənədi təqdim etməklə Gürcüstana daxil ola bilərdilər.

“Azərabaycan, Ermənistan, Ukrayna, Rusiya və Belarus 1 martdan vətəndaşları PZR-testlə Gürcüstana daxil ola biləcək ölkələr siyahısına əlavə edildi”, – deyə Qaribaşvili qeyd edib.

Onun sözlərinə görə, ölkənin quru sərhədlərində əvvəlki rejim hələ də qüvvədədir.

Xatırladaq ki, Gürcüstan rəhbərliyi 1 fevraldan xarici vətəndaşların hava yolu ilə ölkəyə gəlməsinə icazə vermişdi, lakin müəyyən şərtlər daxilində.

Bu məqaləni paylaş