Paşinyan Rusiya raketlərindən giley-güzar etdi

Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, işğalçı Ermənistan rejiminin baş naziri Nikol Paşinyan Rusiya istehsalı olan “İsgəndər” komplekslərindən şikayətlənib.

O, bu cür Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın “İsgəndər”-lərin müharibənin ən əvvəlində tətbiq edilməli olması barədəki fikirlərinə reaksiya verib.

“Qoy, (Sarkisyan) sual versin ki, nəyə görə “İsgəndər” raketi partlamadı? Və ya niyə cəmi 10%-i partladı, məsələn?”, – deyə Paşinyanın bildirib, lakin məsələnin təfərrüatına girməyib.

Xatırladaq ki, Ermənistan rejiminin Müdafiə Nazirliyinin hərbi xidmət idarəsinin eks-rəisi Movses Akopyan son müharibə zamanı sözügedən raketlərdən istifadə edildiyini etiraf etmişdi.

Bu məqaləni paylaş