Avstraliyada üzərində hicablı həkim əks olunan markalar buraxıldı

Az.shafaqna.com “Islam.ru”-ya istinadən xəbər verir ki, Avstraliya poçtu qlobal pandemiyanın fonunda öz avstraliyalı həmvətənlərinə xidmət etməyə və onları qorumağa davam edən insanların şərəfinə markası silsiləsi buraxıb.

Markaların birinin üzərində tibb işçisi olan müsəlman hicablı xanım əks olunub.

Bu cəsur insanlar son 12 ayda bizim xilaskarımız olaraq ən zəiflərin qayğısına qaldılar və bizə koronavirusun çoxsaylı mənfi nəticələrinin öhdəsindən gəlməyə kömək etdilər”, – deyə “Australia Post”-un (Avstraliya poçtunun) baş direktoru Nikol Şeffild bildirib.

“Frontline Heroes” (“öncəbhə qəhrəmanları”) adlı xatirə markaları müəllimlər, tibb işçiləri, hərbçilər, polislər, mağaza işçiləri və qida daşıyanlara (“kuryer”) həsr edilib.

Bu məqaləni paylaş