Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstan parlamentində seçki islahatları müzakirə edilir.
Bu gün işçi qrupu qanunvericiliklə bağlı yeni dəyişikliklərin razılaşdırılması üçün 4-cü iclasını keçirir.
“Gənc Hüquqşünaslar Assosiyasiyası” ölkədəki mövcud siyasi vəziyyətlə bağlı bugünkü iclasla iştirak etmir.
İclasda Xalq Müdafiəçiləri və “Çoxmillətli Gürcüstan” aparatının rəsmiləri iştirak edir.
İşçi qrup artıq dəyişikliklərin ilkin versiyasını hazırlayıb. Təklif paketi seçki administrasiyasının yenidən formalaşdırılması, seçki dairələrinin radiusunun müəyyən edilməsi, elektrok prosedurlara keçid və yerli özünüidarətetmə orqanlarına seçkilərdə böyük proporsional sistemin tətbiqini təklif edir.
İşçi qrup dəyişiklikləri 1 marta qədər başlatmağı planlaşdırır.