Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 443 yoluxma halı qeydə alınıb, sağalanların sayı – 461, ölənlərin sayı 6 nəfər olub.
Az.shafaqna.com xəbər verir ki, bunu Gürcüstan hökümətinin koronavirusla bağlı statistika və məlumatları açıqlayan rəsmi qurumu bildirib.
Ümumilikdə ölkədə 269438 nəfər koronavirusa yoluxub, 263257 nəfər sağalıb, 3 463 nəfər isə vəfat edib.
Hazırda 307 karantin rejimində, 1600 nəfər xəstəxanada, 193 nəfər isə COVİD 19 otelindədir.
Qeyd edək ki, bu statistikanın hesablamaları zamanı məlum olur ki, bu ölkədə koronavirusa ümumi yoluxanların 97.71 faizi artıq sağalıb, 1.29 faizi isə vəfat edib və 1 faiz aktiv xəstə var.
Bu məqaləni paylaş