Az.shafaqna.com “Gazeta”-ya istinadən xəbər verir ki, Çeçenistan parlamentinin spikeri Maqomed Davudov ABŞ-ın Ramzan Kadırovla bağlı qərarını şərh edib.

Qeyd edək ki, ABŞ rəhbərliyi Çeçenistan başçısını “qara siyahıya” əlavə edib. ABŞ onu insan haqlarının pozuntusunda ittiham edir: işgəncə, məhkəmədən kənar edamlar və s.

Davudov ABŞ administrasiyasını “insan haqları məsələsində” susmağa səsləyib. O həmçinin qeyd edib ki, ABŞ dövlət katibi Mayk Pompeo “hansı ölkəni təmsil etdiyini unudub”.

Necə deyərlər, başqasının gözündəki çöp öz gözündəki şalbandan daha gözə çarpandır”, – deyə o bildirib.

Onun sözlərinə görə, Kadırov “Çeçenistanda insan haqları və azadlıqların zaminidir”.

O həmçinin ABŞ-ı öz sanksiyalarını “sanskiyaların təsir etdiyi” şəxslər üçün “saxlamağa” çağırıb.