Qaribaşvilidən müxalifətə dialoq çağırışı

“Bu gün qanun icra olunduqdan və dövlət gərəkdiyi yüksəkliyini qoruduqdan sonra, bütün siyasi qüvvələrə müraciət edirəm, əgər vətən sizin üçün dəyərlidirsə, gəlin həqiqi və səmimi dialoq quraq və bizi bölən deyil, birləşdirən məsələləri müzakirə edək.”

Az.shafaqna.com Gürcüstan mediaısna istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili deyib.

O bildirib ki, hazırda, ölkənin qarşısında bir çox problemin olduğu halda, qarşıdurma zamanı deyil, dialoq zamanıdır.

“Vətənimiz itirəcək vaxtı yoxdur. Bu gün ayrılmanın deyil, birləşmənin zamanıdır. Tanrı bizi qorusun.”, – deyə  İrakli Qaribaşvili əlavə edib.

Bu məqaləni paylaş