Anadolu Ajansı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hazırda dünyada ən uğurlu vaksinasiya aparan ölkənin Türkiyə olduğunu bildirib.

Az.shafaqna.com TRT-yə istinadən xəbər verir ki, Ərdoğan bunu Ankara Valiliyinin təhsil müəssisəslərinin açılış mərasimində deyib.

O “Covid-19” epidemiyasının tüğyan etməsilə təhsildə rəqəmsallaşmanın hər zamankindən daha çox olduğunu ifadə edən Ərdoğan “Bir tərəfdə itirsək də, digər tərəfdən rəqəmsallaşma ilə çox fərqli bir məsafə qət etdik”, -deyə əlavə edib.

Ərdoğan “Covid-19” ilə mübarizədə “Hal-hazırda dünyada ən uğurlu peyvəndləmə aparan ölkə Türkiyədir”, – deyib.

“Covid-19″ virusuna yoluxma sayının azalması istiqamətində qarşıdakı dövrdə yeni addımlar atmağa davam edəcəyik” deyə vurğulayan Türkiyə Prezidenti bildirib ki, yeni tədbirlər də görürük, rahatlama olsa bunun öhdəsindən gələ bilmərik: “Ölkədə indiyə qədər peyvənd olunanların sayı 7 milyon yarıma çatıb. Peyvəndləməni ciddi və qətiyyətli şəkildə davam etdirilir.”

Prezident Ərdoğan üz-üzə təhsil haqqında isə deyib ki, müəllimlərimizi və şagirdlərimizi ən qısa müddətdə bir araya gətirmək üçün çox səy göstəririk.