Az.shafaqna.com “Islam.ru”-ya istinadən xəbər verir ki, 10 yaşlı İmradul Əli məktəbdə dərsləri bitdikdən sonra tez evə gəlib əynini dəyişərək öz tullantıyığma işinə başlayır.

Əlində torba ilə Hindistanın Assam ştatının paytaxtında yerləşən zibilxanaya gedir. O, burada zibillərin arasında plastik butulka və qablar, şüşə və ya təkrar istifadə edilə və ya satılan bilən şeylər axtarır.

Balaca müsəlman oğlanın anası, atası və böyük qarşı da öz halal qazanclarını bu cür əldə edirlər. Əli artıq bir ildən çoxdur bu işlə məşğul olur və onun məqsədi ailəsinin yaşayışına öz töhfəsini verməkdir.

Ötən il onların ailəsi pandemiyadan ciddi ziyan görüb, çünki onlar tullantıların olduğu əraziyə gedərək işləyə bilməyiblər.

Əli deyir ki, o, bütün həyatını bu işə sərf etmək istəmir, lakin bu çətin dövrün fonunda gələcəyin də necə olacağını bilmir.

Mən təhsil almaq və varlı olmaq istəyirəm”, – deyə 10 yaşlı uşaq bildirib.

O, gündə 100 rupiyədək qazanır (1,3 dollar). Onun ailə üzvlərinin hər birinin gündəlik qazancı isə təxminən 250 rupi (3,3 dollar) olur.

Zibil yığaraq ailəni tox saxlamaq olduqca çətindir”, – deyə Əlinin anası Anuvara Bəyim əlavə edib.