Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, “SpaceX” və “Tesla” şirkətlərinin başçısı İlon Maskın sərvəti ötən sutka ərzində azı 15 milyard dollar azalıb.

Buna səbəb isə “Tesla” səhmlərinin çökməsi olub.

Bu barədə “Bloomberg Billionaires Index” (BBI) məlumat verib.

Belə ki, Maskın var-dövləti 15,2 milyard dollar azalaraq 183 milyard dollar olub.

“Amazon” qurucusu Ceff Besozun sərvəti 3,73 milyard dollar azalar 186 milyard dollar olub. Beləliklə də, Bezos dünyanın ən varlı insanlarının olduğu siyahıda yenidən ilk pillədə qərarlaşıb, Mask isə 1-dən 2-yə düşüb.

Xatırladaq ki, bazar ertəsi günü “Tesla” səhmləri 8,55% çökərək 714,5 dollar olub. Bu, 2020-ci ilin sentyabrından bəri ən ciddi düşüş olub. “Amazon” səhmləri isə 2,13% ucuzlaşaraq 3180,74 dollar təşkil edib.

Əvvəlki məqaləAzərbaycanda qiymətli kağızların dövlət qeydiyyatı haqqında təlimat hazırlanıb
Növbəti məqalədəGəncə şəhər Baş Polis İdarəsi rəisinə birinci müavin təyin edildi