Azərbaycan Mərkəzi Bankl kapital bazarı sahəsində tənzimləmə və nəzarətin həyata keçirilməsi çərçivəsində qiymətli kağızlarının dövlət qeydiyyatını və qiymətli kağızların buraxılışının və emissiya prospektlərinin dövlət reyestrini aparır.

“Az.shafaqna.com” xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, qiymətli kağızların qeydiyyatına dair tələblər müxtəlif qanunvericilik aktlarını əhatə etdiyi üçün emitentlərin səhmlərinin və korporativ istiqrazlarının dövlət qeydiyyatına alınması məqsədilə AMB-yə təqdim etdikləri sənədlərin bir çox hallarda qanunvericiliyin tələblərinə tam uyğun tərtib olunmaması müşahidə olunur. Bu isə müraciətlərə baxılması zamanı qeydiyyat prosesinin uzanmasına və kapital bazarından maliyyələşmək istəyənlərin əməliyyat çevikliyinin azalmasına səbəb olur.

Qeyd olunan çatışmamazlıqların aradan qaldırılması və qiymətli kağızların qeydiyyatı prosesinin operativliyinin artırılması məqsədilə AMB emitentlər üçün təlimat hazırlayıb. Təlimatda səhm və istiqrazların emissiyası prosedurları vahid sənəddə ümumiləşdirilmiş, qiymətli kağızların dövlət qeydiyyatına alınması və dövriyyədən çıxarılması ilə bağlı tələb olunan sənədlər və onların hazırlanması zamanı qanunvericiliklə müəyyən edilmiş tələblər ətarflı qeyd edilib.

Əvvəlki məqaləAzərbaycan Respublikasının Birinci vitse-prezidenti Yalçın Rzazadənin ailəsinə başsağılığı verib
Növbəti məqalədəMask bir gündə 15 milyard dollar itirdi