Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, Əfqanıstanda 2020-ci ildə 3035 dinc sakin qətlə yetirilib və 5785 nəfər isə yaralanıb.

Bu məlumatları BMT-in Əfqanıstana yardım Missiyası (UNAMA) təqdim edib.

Qeyd edilir ki, 45% hallarda hücumlar birbaşa törədilib.

Bununla yanaşı, ötən Əfqanıstanda öldürülən günahsız insanların 43%-i qadın və uşaqlardır (təxminən 1305 nəfər).

UNAMA-dan bildirilib ki, 2020-ci 12 sentyabrda Qətərin paytaxtı Dohada Əfqanıstan danışıqlarının başlaması ilə dinc sakinlərə olan hücumların sayı da artıb.

Terrorların əsas məsuliyyətini “Taliban”, ondan sonra isə İŞİD terror təşkilatları daşıyır.

Xatırladaq ki, UNAMA Əfqanıstanda mülki əhali arasındakı qurbanlara dair hesabatı artıq 7 ildir hazırlayır və hər il ortalama 3 mindən çox dinc sakin həyatını itirir.

Əvvəlki məqaləBu gün Tbilisidə tutulan 21 nəfər sərbəst buraxıldı
Növbəti məqalədəAzərbaycanda yoluxma sayı – 23.02.2021