Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyi “Vahid Milli Hərəkat” (VMH) partiyasının ofisi yaxınlığında tutulan 21 nəfəri onlardan iltizamnamə alındıqdan sonra sərbəst buraxıb.

Bu barədə nazirlikdən məlumat verilib.

Buraxılanlardan biri “Milli Hərəkat” liderlərindən olan Giorgi Baramidze də var.

Xatırladaq ki, VMH lideri bu gün həbs edilib və onunla yanaşı inzibati xəta ilə daha 21 nəfər tutulmuşdu.

Əvvəlki məqaləHava proqnozu – 24.02.2021
Növbəti məqalədəƏfqanıstanda 2020-ci ildə qətlə yetirilən dinc sakinlərin sayı açıqlandı