Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, Fransa universitet və elmi cəmiyyətinin 600-dən çox nümayəndəsi ali təhsil, araşdırma və innovasiya naziri Frederik Vidalın istefası tələbi ilə çıxış edib.

Buna səbəb isə adıçəkilən nazirin 14 fevralda telekanallardan birində bu fikirləri səsləndirməsidir: “İslam-solçuluğu ümumilikdə cəmiyyətin qanqrenasıdır” və universitetlərdə bu problemə qarşı tədbirlər görmək lazımdır.

Nazirin istefası tələbinə imza atan elmi elita nümayəndələri nazirin nitqini müəmmalı, çıxışını isə intellektual repressiya təhlükəsi adlandırıblar.

600 nümayəndənin bəyanatında həmçinin qeyd edilir ki, Vidalın xəyal gücünün məhsulu olan bu fikirlərə görə isə yalnız təəssüf etmək olar.