Gürcüstan DİN saytı kiberhücuma məruz qaldı

.
0

Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyi DİN serverlərinə edilən kiberhücumlarla bağlı cinayət işi başladıb.

Bu barədə nazirlikdən məlumat verilib.

“23 fevralda Daxili İşlər Nazirliyinin kompüter infrastrukturuna müxtəlif ölkələrdən kiberhücum edilib. Daxili İşlər Nazirliyinin müvafiq şöbəsi operativ tədbirlər nəticəsində hücumun qarşısını aldı”, – deyə qeyd edilib.

Gürcüstan Cinayət Məcəlləsinin 2 maddəsi – “Kompüter məlumatlarının və ya (və) kompüter sistemlərinin qeyri-qanuni istifadəsi” və “Kompüter məlumatları və ya (və) kompüter sisteminə qəsd” maddələri üzrə istintaq aparılır.