Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstan baş naziri İrakli Qaribaşvili Nika Meliyanın həbsi ilə bağlı uğurlu əməliyyatın keçirilməsinə görə daxili işlər naziri Vaxtanq Qomelauriyə təşəkkür edib.

Bu gün biz hüquqi və güclü dövlət olduğumuzun şahidi olduq. Bizim güclü polisimiz, olduqca effektiv daxili işlər nazirimiz var”, – deyə o bildirib və hökumətin adından Qomelauriyə təşəkkür edib.

O, Meliyanın yenidən “kriminal” adlandırıb.

Biz hüquqi dövlət qururuq. Bütün vətəndaşlar, mövqe və siyasi mənsubiyyət və zövqlərindən asılı olmayaraq, qanunun icrasına tabe olmağa məcburdurlar və olacaqlar da. Biz konstitusiya çərçivəsində hər bir vətəndaşın öz şəxsi fikrini ifadə etmək hüququnu müdafiə edəcəyik. Bir şərtlə ki, bütün bunlar konstitusiya və qanun çərçivəsində olsun”, – deyə Qaribaşvili əlavə edib.

Xatırladaq ki, bu gün Tbilisidə keçirilən xüsusi əməliyyat zamanı “Milli Hərəkat” partiyasının sədri Nika Meliya saxlanılıb.

Əvvəlki məqaləBu günə qədər Azərbaycanda 200 mindən artıq vətəndaş vaksinasiya olunub
Növbəti məqalədəXocalı Soyqırımı Pakistanda yad edilib